28 Noyabr 2024 08:37

Yaponiya Rusiyaya qarşı sanksiyaları genişləndirdi

Azadsöz.az xəbər verir ki,  Yaponiya hökuməti   ABŞ və Kanadadan  sonra Ukraynadakı vəziyyətlə əlaqədar Rusiya Federasiyasına qarşı sanksiyaları genişləndirib.

Bu barədə Yaponiyanın Baş naziri Fumio Kisida G7 sammiti zamanı bildirib. Yaponiya XİN görüşün yekunlarına dair bəyanat yayıb.

“Yaponiyanın baş naziri Fumio Kisida bildirib ki, Tokio yeni anti-Rusiya sanksiyaları kimi aşağıdakı tədbirləri tətbiq edəcək: a) Rusiyanın fiziki şəxslərinin və təşkilatlarının aktivlərinin dondurulması, b) ixracın qadağan olunduğu təşkilatların siyahısına əlavələr edilməsi, c) Rusiya sənayesinin əsaslarını gücləndirə biləcək (dron hissələri kimi) malların Rusiyaya ixracına qadağa siyahısını genişləndirmək, ç) Rusiya maliyyə institutlarının aktivlərini dondurmaq”, – deyə XİN-in bəyanatında deyilir.

Ankara escort İstanbul Travesti Shemale İstanbul