Azadsöz.az xəbər verir ki, SOCAR “Azəriqaz” İB-nin sahibkarlarla sayca 62-ci görüşü Göyçay rayonunda baş tutub.
“Açıq mikrofon” aksiyasında ilk olaraq Ağsu RQİİ-nin baş mühəndisi Zaur Məmmədov çıxış edərək adıçəkilən layihənin məqsədini sahibkarlara izah edib. KOBİA-nın nümayəndəsi Rahim Məmmədov “Azəriqaz” İB ilə birgə keçirilən bu cür layihələrin davamlı olacağına ümid etdiyini bildirib.
Daha sonra mikrofon sahibkarların ixtiyarına verilib. “AzNar” QSC-nin nümayəndəsi ödəniş hesabının araşdırılmasını istəyib. “Çinar” MMC və “Az-Qranata” MMC-nin Şirə və Şərab Emalı Zavodunun nümayəndələri debitor borcun araşdırılmasını xahiş ediblər. Famil Həşimov isə Göyçay rayonunda fəaliyyət göstərən Süd Zavodunun sayğacının yerinin dəyişdirilməsini istəyib.
Əksər görüşlərdə olduğu kimi bu dəfə də sahibkarlarla yanaşı, sakinlərə də müraciətlərini ünvanlamaq üçün şərait yaradılıb. Aksiya zamanı ünvanlanan problem və təkliflərin aidiyyəti üzrə yönləndiriləcəyi qeyd olunub.