01 May 2024 13:17

Fərqliliyimiz Uğurumuzdur

Bu ölkənin nazirləri Bakıda səfərdədirlər

Azadsöz.az xəbər verir ki, Pakistandan olan nazirlərdən ibarət nümayəndə heyəti Azərbaycana gəlib.

İki günlük səfər çərçivəsində İnvestisiyalar üzrə Şuranın federal naziri Çaudri Salik Hüseyn, neft naziri Musadiq Məsud Malik və federal sənaye və istehsal naziri Seyid Murtaza Mahmud Bakıda rəsmi şəxslərlə bir sıra görüşlər keçirəcəklər.

Görüşlərdə iki ölkə arasında ikitərəfli əməkdaşlığın inkişaf perspektivlərinin müzakirəsi planlaşdırılır.

Xatırladaq ki, ötən il Azərbaycan və Pakistan diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edib.

PAGE TOP