Azadsöz.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankı (AMB) iki il ərzində ölkədə yeni “Cash Center” nağd pul mərkəzinin yaradılmasını planlaşdırır.
Bunu AMB-nin Nağd pul departamentinin Ekspertiza şöbəsinin rəisi Nəsib Pənahlı “Nağd pul dövriyəsinin təşkili – 2023 seminarı”nda deyib.
O qeyd edib ki, Mərkəzi Bankın əsas yeniliklərindən biri də avadanlıqlara qarşı tələblərin müəyyən edilməsidir:
“Yeni yaradılacaq “Cash Center” tam avtomatlaşdırılmış nağd pul mərkəzi olacaq”.