28 Noyabr 2024 19:45

Fuad Sadıqov Göyçayda vətəndaşları qəbul edəcək-TARİX

Azadsöz.az xəbər verir ki, Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədovun imzaladığı əmrə əsasən, 2023-cü ilin sentyabr ayından başlayaraq Nazirliyin vəzifəli şəxsləri tərəfindən bölgələrdə vətəndaş qəbulları keçirilir.

Nazirin imzaladığı  əmrə  əsasən, 25 aprel  2024-cü il  tarixində Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov  Göyçay Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında  Göyçay rayonundan olan vətəndaşları qəbul edəcək.

Qəbul zamanı vətəndaşların Aqrar Sığorta Fondunun səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.

Vətəndaş qəbulunda iştirak etmək istəyən şəxslər Kənd Təsərrüfatı Nazirliyinin (1652) və Aqrar Sığorta Fondunun (1651) “Çağrı Mərkəzləri”nə, eyni zamanda Göyçay Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-381-73-38) müraciət edə bilərlər.

Qəbula gələn vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.

Səbuhi Eltonlu

Ankara escort İstanbul Travesti Shemale İstanbul