Azadsöz.az xəbər verir ki, Göyçay Rayon İcra Hakimiyyəti yanında Şəhər Təsərrüfatı Birliyinin Sanitar-Təmizlik şöbəsi tərəfindən rayonun Heydər Əliyev prospektində və Bakı küçəsində iməclik keçirilib.
Belə ki, iməclik zamanı texnikanın və işçi kollektivinin əl əməyindən istifadə olunaraq qeyd olunan ərazilər qurumuş xəzəl yarpaqlarından, məişət tullantılarından, arxlar plastik qablar və polietilen torbalardan təmizlənib və həmin ərazilər səliqəyə salınıb.
Bütün bu görülən işlərə baxmayaraq yol kənarlarına yenə də tullantılar atılır, yaşayış məntəqələrinin ətrafında kütləvi zibilliklər yaranır.
Ona görə də rayonumuzun sakinlərini və qonaqlarını təmizliyə riayət etməyə, ətraf mühiti və təbiətimizi qorumağa çağırırıq.