03 May 2024 18:07

Fərqliliyimiz Uğurumuzdur

Göyçayda Dövlət Xidmətinin işçilərinin peşə bayramı qeyd olunub-FOTO

Azadsöz.az xəbər verir ki, 13 fevral 2023-cü il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti işçilərinin peşə bayramı qeyd olunub.

Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göyçay rayon şöbəsinin rəisi polkovnik Pərviz Feyzullayev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül-çiçək dəstələri düzüblər.

Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev Xidmətin işçilərini peşə bayramı münasibətilə təbrik edərək, onlara çətin və şərəfli işlərində uğurlar arzulayıb.