23 Noyabr 2024 17:51

“Lotereyalar haqqında” Qanunda dəyişiklik edildi

Azadsöz.az xəbər verir ki, “Lotereyalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilib. 

Bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb.

Dəyişikliklə qanuna aşağıdakı məzmunda 8.4-2-ci maddə əlavə edilib:

“Bu Qanunun 8.4-cü maddəsində nəzərdə tutulmuş sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar lotereya təşkilatçısından tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi lotereya təşkilatçısının razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya lotereya təşkilatçısı tərəfindən təmin edilir”.

Ankara escort İstanbul Travesti Shemale İstanbul