05 May 2024 02:47

Fərqliliyimiz Uğurumuzdur

Prezidentdən Əli Əhmədovla bağlı-SƏRƏNCAM

Azadsöz.az xəbər verir ki, Əli Cavad oğlu Əhmədov “Şərəf” ordeni ilə təltif edilib.

Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncama əsasən, o, Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirakına və dövlət qulluğunda səmərəli fəaliyyətinə görə təltif olunub.

Qeyd edək ki, Ə.Əhmədov 1953-cü il yanvarın 27-də anadan olub. Sabah onun 70 yaşı tamam olur.