03 May 2024 17:53

Fərqliliyimiz Uğurumuzdur

İlham Mirzəliyev sabah Göyçayda vətəndaşları qəbul edəcək

Azadsöz.az xəbər verir ki,  “Azəristiliktəchizat” ASC-nin sədrinin vəzifələrini müvəqqəti icra edən İlham Mirzəliyev  yanvarın 26-da   saat 10:00-da  Göyçay şəhərində Göyçay və Ağdaş sakinlərini qəbul edəcək.

Qəbulda istilik və isti su təchizatı ilə bağlı vətəndaşları maraqlandıran suallar cavablandırılacaq, istilik təchizatına dair sakinlərin problemləri dinləniləcək.

Qeyd edək ki, qəbul Göyçay Heydər Əliyev Mərkəzində keçiriləcək.Vətəndaşlar qəbula yazılmış şəxslərin əvvəlcədən tərtib edilmiş siyahısı əsasında qəbul ediləcəklər.