23 Noyabr 2024 15:03

Ukraynanın daxili işlər naziri helikopter qəzasında öldü

Azadsöz.az xəbər verir ki, Brovarıda helikopter qəzası baş verən zaman göyərtədə Ukraynanın daxili işlər naziri Denis Monastırski, onun müavini Yevgeni Yenin və Daxili İşlər Nazirliyinin dövlət katibi olub.

Bu barədə Ukraynanın hüquq-mühafizə orqanları məlumat verib. 

Məlumatı Milli Polisin rəhbəri İqor Klimenko da təsdiqləyib.

“Bu gün səhər, yanvarın 18-də Brovarıda Dövlət Fövqəladə Hallar Xidmətinin helikopteri qəzaya uğrayıb. Təyyarə qəzası nəticəsində Daxili İşlər Nazirliyinin rəhbərliyi: nazir, nazirin birinci müavini və dövlət katibi həlak olub”, – Klimenko açıqlayıb. 

Onun sözlərinə görə, hazırda 2-si uşaq olmaqla 16 nəfər ölüb. Onlardan 9-u helikopterin göyərtəsində olub.

Ankara escort İstanbul Travesti Shemale İstanbul