Azadsöz.az xəbər verir ki, insanların asudə vaxtlarının səmərəli təşkili, rayon sakinlərinin istirahəti üçün yaşıllıq zonaları xüsusi əhəmiyyətə malikdir. Bununla əlaqədar rayon ərazisində yeni yaşıllıq zonasının salınması zərurəti yaranıbdır.
Rayon sakinlərinin çoxsaylı müraciətlərini nəzərə alaraq Göyçay çayının şəhər ərazisindən keçən hissəsinin şimalında, çayın sağ sahilində ağacların, gül-çiçək kollarının əkilməsi üçün yeni yaşıllıq zonası salınması işlərinə başlanılıbdır.
Qeyd olunan ərazi uzun müddətdir ki, nəzarətsiz qalmış, əraziyə vətəndaşlar tərəfindən məişət tullantıları tökülərək yararsız vəziyyətə salınıbdır.
Hal-hazırda həmin ərazidə məişət tullantılarının təmizlənməsi, ağacların və gül-çiçək kollarının əkilməsi üçün münbit torpaq qatının hazırlanması işləri aparılır.