18 May 2024 19:11

Natiq Ağayev sabah Kürdşaban kəndində səyyar qəbul keçirəcək

Azadsöz.az xəbər verir ki, Göyçay rayon İcra  Hakimiyyətinin  başçısı Natiq  Ağayev 12 yanvar 2023-ci il tarixdə saat 11:00-da  Göyçay rayonunun Kürdşaban kəndində  səyyar  qəbul  keçirəcək.

Qeyd edək ki, səyyar qəbul Kürdşaban kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin inzibati binasında  baş  tutacaq.