Azadsöz.az xəbər verir ki, 6 yanvar 2023-cü il tarixdə Göyçay rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev Kürdəmiş kəndində vətəndaşlarla növbəti səyyar qəbul keçirdi.
Qəbulda rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, RİH başçısı aparatının məsul şəxsləri, idarə, müəssisə, təşkilat rəhbərləri və kənd sakinləri iştirak ediblər.
Qəbulda rayon rəhbəri çıxış edərək Göyçay rayonunun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində görülən tədbirlər və görüləcək işlər barədə kənd sakinlərinə məlumat verdi.
Daha sonra sakinlərin müxtəlif məzmunlu müraciətlərini dinləyən Natiq Ağayev qaldırılan məsələlərin həlli ilə bağlı, aidiyyəti xidmət sahələrinin rəhbərlərinə yerində müvafiq tapşırıq və tövsiyyələrini bildirdi.
Kənd sakinləri onların müraciətlərinə diqqət və həssaslıqla yanaşıldığı üçün rayon rəhbərliyinə və ölkə başçısına öz minnətdarlıqlarını bildirdilər.