23 Noyabr 2024 21:45

Məzuniyyət hüququ beynəlxalq normalara uyğunlaşdırılacaq

Azadsöz.az xəbər verir ki, Azərbaycanda məzuniyyət hüququ beynəlxalq normalara uyğunlaşdırılacaq.

Bu, “Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Əmək bazarı” işçi qrupunun 2024-cü il üzrə Fəaliyyət Planı”nda öz əksini tapıb.

Sənəddə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə bu il iyulun 1-dək məzuniyyət hüququndan istifadə ilə bağlı normaların beynəlxalq normalara uyğunlaşdırılması ilə bağlı təklifləri (iki təqvim həftəsi müddətində məzuniyyət günlərindən istifadə, məzuniyyət günlərinin kompensasiya ilə əvəz edilməsi ilə bağlı normaların təkmilləşdirilməsi və s.) hazırlayaraq adiyyəti üzrə təqdim etməsi tapşırılıb.

Ankara escort İstanbul Travesti Shemale İstanbul