Azadsöz.az xəbər verir ki, yanvarın 7-də Oslodakı Deyxman Byorvika Mədəniyyət Mərkəzində Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, Avrasiya Etnodizaynerlər Assosiasiyasının üzvü, sənətşünaslıq üzrə fəlsəfə doktoru, modelyer Gülnarə Xəlilovanın “Northern Stories by CİZGİ” (“CİZGİ-dən Şimal Hekayələri”) adlı ekspozisiyasının açılışı olacaq.
Tədbirin təşkilatçısı Oslodakı Azərbaycan Evidir. Qonaqlara əl işi geyimlər və ipək şərflər, Norveç və Qarabağ ornamentlərilə bəzədilmiş paltarlar təqdim olunacaq.
Qeyd edək ki, Gülnarə Xəlilovanın kolleksiyaları bundan əvvəl Türkiyə, ABŞ, Böyük Britaniya, İsveç, Avstriya, Rumıniya, Rusiya, Çin, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Bolqarıstan, Norveç və digər ölkələrdə keçirilən Dəb Həftələrində və beynəlxalq tədbirlərdə uğurla nümayiş etdirilib.