23 Noyabr 2024 16:01

Şəhid “Qubadlı fatehi” polkovnik-leytenant Vidadi Xəlilovun anasının ad günü qeyd edildi-FOTO

Azadsöz.az  xəbər  verir  ki, torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlmiş “Qubadlı fatehi” polkovnik-leytenant Vidadi Xəlilovun anası Əminə Məmmədovanın  bu  gün ad günüdür.

Bu  münasibətlə İkinci Ərəbcəbirli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Nazim Həşimov,  “Azadsöz.az”  xəbər  saytının təsisçisi və  baş redaktoru  Səbuhi  Eltonlu,  “Şirvanın səsi” və “Dövlət” informasiya agentliyinin əməkdaşı Gülşən  Muradova şəhidimizin anasının  ad gününü təbrik ediblər.

Çay süfrəsi arxasında keçən görüşdə şəhidimizin anası övladının qısa və şərəfli ömür yolundan danışıb, onunla bağlı xatirələrini bölüşüb.Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin  rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qüdrətli Azərbaycan Ordusunun qazandığı tarixi qələbədə payı olan  Vidadi Xəlilov kimi oğullarımızın daim qəlblərdə yaşayacağını bildirib.

Xatırladaq  ki, Xəlilov Vidadi Vaqif oğlu 1982-ci il iyulun 16-da Göyçay rayonunda ziyalı ailəsində anadan olub.1989-cu ildə Göyçay rayonu akademik Ziya Bünyadov adına 3 saylı tam orta məktəbə gedib.1999-cu ildə həmin məktəbi bitirib.1999-cu ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbə daxil olub. 2003-cü ildə “motoatıcı” ixtisası üzrə bitirərək leytenant rütbəsi alıb. 2003-cü ildən 2004-cü ilədək Müdafiə Nazirliyinin təlim və tədris mərkəzində ixtisas kursu keçib.2004-cü ildə Müdafiə nazirinin əmrinə əsasən xidməti davam etdirmək üçün Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin N saylı hərbi hissəsinə göndərilib.

2004-2007-ci ilə kimi Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin müxtəlif hərbi hissələrində motoatıcı tağım komandiri. 09. 02.2007-ci il tarixindən 26.11.2009-cu il tarixinədək N saylı hərbi hissədə motoatıcı bölük komandiri, 26.11.2009-cu il tarixindən 29.06.2011-ci il tarixinədək N saylı hərbi hissənin motoatıcı taborun qərargah rəisinin maddi texniki təminat üzrə köməkçisi vəzifəsində xidmət edib.

O, 14.11.2014-cü il tarixində Müdafiə nazirinin əmrinə əsasən N saylı hərbi hissədə motoatıcı taborun qərargah rəisi vəzifəsinə təyin olunub. 15.02.2016-cı ildə 130 n-li hissədə əməliyyat bölməsi rəisinin müavini, 05.09.2017-ci il tarixindən N saylı hərbi hissənin əməliyyat bölmə rəisinin baş köməkçisi, 04.08.2019-cu ildən isə N saylı hərbi hissəyə döyüş hazırlığı bölmə rəisi vəzifəsinə təyin edilib.

Polkovnik-leytenantı Vidadi Xəlilov 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində bir daha özünü sübut edərək Füzuli, Murov, Cəbrayılın,Qubadlının və Laçının azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərib. 31 oktyabr 2020-ci ildə Laçın istiqamətində şəhidlik  zirvəsinə  ucalıb.Göyçayda Şəhidlər Xiyabanında dəfn olunub.


Qeyd edək, ki, Vidadi Xəlilov ölümündən sonra Prezident İlham Əliyevin Sərəncamı ilə “Vətən uğrunda”, “Hərbi xidmətlərə görə”, “Azərbaycan Bayrağı” ordeni, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, medalları ilə təltif olunub.

 

 

 

Ankara escort İstanbul Travesti Shemale İstanbul