Azadsöz.az xəbər verir ki, 24 dekabr 2022-ci il tarixdə saat 16:10-dan ehtibarən Göyçay rayonunun Heydər Əliyev prospekti, Bakı, Səməd Vurğun, Atatürk, Rauf İsayev və Nərimanov küçələrində içməli su ilə təminatda fasilələr yaranıb.
Qeyd edək ki, hal-hazırda “Birləşmiş Sukanal” MMC-nin Göyçay Sukanal Sahəsinin İstismar qrupu tərəfindən sızmanın aradan qaldırılması istiqamətində işlərə başlanılıb.