05 May 2024 08:13

Fərqliliyimiz Uğurumuzdur

Göyçayda uşaqlar üçün Yeni il şənliyi keçirildi

Azadsöz.az xəbər verir ki, dekabrın 23-də Göyçay Rayon İcra Hakimiyyətinin və Göyçay rayon Gənclər və İdman İdarəsinin  birgə təşkilatçılığı ilə Göyçay Gənclər  Evində 31 dekabr –Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni İl  bayramı münasibətilə tədbir keçirildi.

Tədbirdə rayon icra hakimiyyəti başçısının müavini Zivər Zeynalova, Göyçay rayon Gənclər və İdman İdarəsinin rəisi Elşən Şirinov, Mərkəzi Aran Regional Təhsil İdarəsinin Göyçay rayon üzrə sektor müdiri Rauf Məmmədov, YAP Göyçay rayon təşkilatının sədri Sahib Şükürov, UGİM direktoru Zahidə Mirzəyeva və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Göyçay üzrə  nümayəndəliyinin direktoru Çoşqun İsmayılov şəhidlərin və qazilərin  övladları, məktəblilər  və Göyçay Gənclər  Evinin kollektivi   iştirak edib.

Əvvəlcə bayram tədbiri Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbir giriş  sözü  ilə  açan rayon icra hakimiyyəti başçısının müavini Zivər Zeynalova 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə iştirakçıları təbrik edib.Bildirib ki, 44 günlük Vətən müharibəsində Azərbaycanın imza atdığı tarixi Zəfəri dövlətimizin, xalqımızın, eləcə də dünyanın müxtəlif bölgələrində yaşayan azərbaycanlıların birlik, həmrəylik və qürur rəmzinə çevrildi.

Rauf Məmmədov, Sahib Şükürov və Elşən Şirinov çıxış  edərək  31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə iştirakçıları təbrik ediblər. Dünya Azərbaycanlılarının Həmrəylik Gününün dünyada yaşayan soydaşlarımız tərəfindən hər il təntənə ilə qeyd edildiyini diqqətə çatdırıblar. Qeyd ediblər ki, bu günün başlıca qayəsini Azərbaycan dövlətçiliyi, xalqımızın milli dəyərlərinə hörmət, Azərbaycan xalqına mənsubluq və Vətənə bağlılıq ideyaları təşkil edir.

Daha  sonra  Şaxta babanın  gəlişi şənliyi daha da canlandırıb, balaca fidanların  ifa etdikləri mahnılar, mili və xarici rəqs nömrələri alqışlarla qarşılanıb. 

Sonda  uşaqlara Yeni il hədiyyələri paylanıb.