Azadsöz.az xəbər verir ki, Ukraynanın İrpen şəhərindəki Zərifə Əliyeva adına humanitar “Linqvist” liseyinin direktoru Valentina Antonenkodan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.
Məktubda deyilir:
“Möhtərəm cənab Prezident.
İcazə verin, doğum gününüz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edim.
Bilirəm ki, səmimi təbriklər çox olacaq. Xahiş edirəm mənim də sadə və səmimi təbrikimi qəbul edin.
Mən Sizə bundan əvvəl də yazmışdım ki, ömrümün sonunadək Zati-alinizə dua edəcəyəm. Sizin xeyirxahlığınıza, səmimiliyinizə, şöhrətli ananız Zərifə Əliyevanın adını daşıyan məktəbimizə ikinci həyat bəxş edən əvəzsiz köməyinizə görə dua edəcəyəm. Allaha şükür edirəm ki, mənim taleyim ananızın adı ilə sıx bağlıdır.
Zati-aliləri, xahiş edirəm, bu əlamətdar gündə ən səmimi arzularımı qəbul edəsiniz. Bu arzular isə möhkəm cansağlığı, şəxsi səadət, möhtəşəm planlarınızın həyata keçməsinə Tanrının köməyi, Sizin gözəl ölkənizə sülh, xalqınıza firavanlıq diləklərindən ibarətdir.
Uca Allah Sizi və doğmalarınızı qorusun!”.
XXX
Rusiya Federasiyasının Dağıstan Respublikasının rəhbəri Sergey Məlikov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub göndərib.
Məktubda deyilir:
Hörmətli İlham Heydər oğlu.
“Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.
Sizi bütün dünyada görkəmli siyasi lider və diplomat, müdrik, uzaqgörən və vətənpərvər dövlət xadimi kimi tanıyırlar. Siz Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin yolunu layiqincə davam etdirərək ölkə həyatının bütün sahələrində dərin dəyişikliklər aparmış, ictimai sabitliyi, respublikanın qarşıdakı illər üçün dinamik və mütərəqqi inkişafını təmin etmisiniz. Fəxr edirəm ki, Dağıstanın rəhbəri qismində ilk xarici səfərimi məhz qardaş Azərbaycan Respublikasına etmişəm.
Biz xalqlarımız arasında yaranmış çoxəsrlik dostluğu həqiqətən yüksək qiymətləndiririk. Səmimi qəlbdən inanırıq ki, ortaq səylərimiz Dağıstan və Azərbaycan xalqları arasında dialoqun daha da genişlənməsinə və qarşılıqlı hörmətin artmasına şərait yaradacaq. Rəsul Həmzətovun Bakını xatırlayaraq yazdığı kimi, qoy Xəzərin dalğaları bizim əbədi qardaşlığımızdan danışsın.
Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, tükənməz enerji, firavanlıq, Yeni ildə ən xoş diləklərimizi qəbul edin”.
XXX
Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer Azərbaycan Prezident İlham Əliyevə məktub göndərib.
Məktubda deyilir:
“Zati aliləri, hörmətli cənab Prezident.
Doğum gününüz münasibətilə Sizə ən xoş arzularımı çatdırmaq istərdim. Eyni zamanda, Azərbaycanın qazandığı bütün uğurlar, o cümlədən idman sahəsində əldə etdiyi nailiyyətlər münasibətilə Sizi təbrik edirəm.
Sizə və ailənizə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar diləyirəm”.
XXX
Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin Prezident İlham Əliyevə məktub göndərib.
Məktubda deyilir:
“Möhtərəm İlham Heydər oğlu.
Doğum gününüz münasibətilə dərin ehtiramımı və səmimi təbriklərimi qəbul edin.
Azərbaycan Respublikası Sizin rəhbərliyinizlə sosial-iqtisadi inkişaf yolunda inamla irəliləyir, dünya arenasında haqlı olaraq yüksək nüfuz sahibi kimi beynəlxalq məsələlərdə mühüm rol oynayır.
Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının Həştərxan vilayətinin çoxşaxəli əlaqələrinin möhkəmləndirilməsinə və təkmilləşdirilməsinə hərtərəfli köməyinizə görə Sizə təşəkkür edirəm. Əminəm ki, yaranmış konstruktiv dialoq bundan sonra da ikitərəfli qarşılıqlı əlaqələrin dərinləşməsinə kömək edəcək.
Möhtərəm İlham Heydər oğlu, həyatınızın bu əlamətdar günündə Sizə möhkəm cansağlığı, əmin-amanlıq, Azərbaycan xalqı naminə bütün planlarınızın və təşəbbüslərinizin uğurla həyata keçməsini arzu edirəm”.
XXX
MDB İcraiyyə Komitəsinin sədri – icraçı katib Sergey Lebedev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub göndərib.
Məktubda deyilir:
“Möhtərəm İlham Heydər oğlu.
Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.
Müstəqil və firavanlaşan Azərbaycan qurmaq məqsədilə ali dövləti vəzifənizdə səmərəli fəaliyyətiniz ən dərin hörmətə layiqdir.
Sizin rəhbərliyinizlə həyata keçirilən strateji kurs ölkənizin regionda və beynəlxalq arenada nüfuzunun və rolunun daim artmasına yönəlib.
İqtisadi potensialın möhkəmləndirilməsi, əhalinin həyat keyfiyyətinin yaxşılaşdırılması Sizin işinizin əsas prioritetləri olub və bu gün də belədir.
Fürsətdən istifadə edib Müstəqil Dövlətlər Birliyi məkanında qarşılıqlı tərəfdaşlıq fəaliyyətinin genişləndirilməsi məsələlərində ardıcıl və konstruktiv mövqeyinizə, MDB İcraiyyə Komitəsinin fəaliyyətini daim dəstəklədiyinizə görə Sizə səmimi minnətdarlığımı bildirirəm.
Möhtərəm İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, firavanlıq və çoxşaxəli dövləti fəaliyyətinizdə uğurlar arzu edirəm”.