Azadsöz.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin sədri Vasif Talıbov istefa verib.
Onun vəzifəsi Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Azər Yadulla oğlu Zeynalova havalə edilib.
Qeyd edək ki, Vasif Talıbov 1995-ci ildən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri idi.