Azadsöz.az xəbər verir ki, Ağ Ev ABŞ-nin Ukraynaya 275 milyon dollarlıq növbəti hərbi yardım paketini açıqlayıb.
Bu barədə dekabrın 9-da Ağ Evin sözçüsü Con Kirbi brifinqdə məlumat verib.
Onun sözlərinə görə, hərbi yardım paketinə hava hücumundan müdafiə sistemləri, PUA-lara qarşı mübarizə vasitələri və artilleriya üçün sursatlar daxildir.
Kirbi bəyan edib ki, Ağ Ev Ukraynaya köçürülən vəsaitlərə nəzarətin artırılması ilə razıdır.