17 May 2024 13:45

Göyçayın bu kəndlərində yaşıllaşdırma və təmizlik işləri aparılır-FOTO

Azadsöz.az xəbər verir ki, Göyçay rayon İcra Hakimiyyətinin başçısı Natiq  Ağayevin tapşırığına əsasən şəhər ərazisi ilə yanaşı kəndlərdə də yaşıllaşdırma və təmizlik işləri aparılır.

Rayonun Mallı Şıxlı, Qaraməryəm, Bəydövül, Mırtı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklər tərəfindən kəndlərin mərkəzi yollarının kənarlarında və kənd qəbiristanlığında kol-kosdan təmizlənmə, yaşıllaşdırma işləri görülüb.

Alpout kəndinin ərazisində və Göyçay-Ucar avtomobil yolunun Yeniarx kəndinin ərazisindən keçən hissəsində ağaclar əkilib.

Həmçinin Qarabaqqal kəndində yerləşən “Mal bazarı” kimi tanınan ərazidə təmizlik və səliqə səhman işləri aparılımış, piştaxtalar üzlənərək qaydaya salınıb.