Azadsöz.az xəbər verir ki, Göyçay şəhərinin küçə və dalanlarına yeni asfalt örtüyünün çəkilməsinə başlanılıb.
Şəhid Həsən Ağaisa oğlu Bayramovun adını daşıyan küçəyə və Bakı küçəsinin dalanlarına yeni asfalt örtüyü çəkilir.
Bu günədək şəhərin 49-cu və 50-ci məhəllərləri, M.Ə.Rəsulzadə, Bakı, Şəhriyar, Həbibi, Nizami, Xətai, küçələrinə və dalanlarına yeni asfalt örtüyü çəkilmişdir.
Qeyd edək ki, hazırda bu işlər şəhərin digər prospekt, küçə və dalanlarında aparılır.