Azadsöz.az xəbər verir ki, Bakı-Şamaxı-Yevlax yolunun Göyçay rayonun Bığır kəndindən keçən hissəsində ağır yol qəzası keçirən “Göyçay” qəzetinin baş redaktoru Əliyev Abdulla Hacağa oğlu müalicə olunduğu xəstəxanada həkimlərin səyinə baxmayaraq bu gün vəfat edib.
Qeyd edək ki, hadisə noyabrın 20-də Bakı-Şamaxı-Yevlax yolunun Göyçay rayonun Bığır kəndindən keçən hissəsində qeydə alınıb.Özbəkistan vətəndaşı Dastov Raxmat Temuroviçin idarə etdiyi “MAN” markalı yük avtomobili ilə “Göyçay” qəzetinin baş redaktoru Əliyev Abdulla Hacağa oğlunun “LADA” markalı minik avtomobili toqquşub.
Nəticədə Abdulla Əliyev və avtomobildə olan ailə üzvləri müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.