Azadsöz.az xəbər verir ki, Pakistan İslam Respublikasından Azərbaycana idxal olunan düyü 15 faiz gömrük rüsumundan azad edilir.
Nazirlər Kabineti bununla bağlı müvafiq qərar qəbul edib.
Pakistan İslam Respublikasından həmin ölkə mənşəli düyü 31 dekabr 2027-ci il tarixinədək idxal gömrük rüsumundan azad edilir.
Bu qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minir.