Azadsöz.az xəbər verir ki, torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan əslən Göyçay rayonundan olan Rüstəm Məmmədovun ikinci ildönümüdür. Məmmədov Rüstəm İbrahim oğlu 10 avqust 1998-ci ildə Göyçay rayonunda anadan olub. Orta məktəbi bitirdikdən sonra Sumqayıtda hərbi xidmət keçib, əsgərlikdən sonra isə müxtəlif yerlərdə çalışıb.
İkinci Vətən Müharibəsi başlamazdan 20 gün öncə həyatını yenidən hərbiyə bağlayıb. MAXE kimi, qulluğun davam edib.2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsindən qəhrəmanlıq göstərərək. Sentyabrın 29-da Suqovuşan-Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak edib.Sentyabrın 29-da şəhidlik zirvəsinə yüksəlib.Amma uzun müddət onun nəşini götürmək mümkün olmayıb.
Bildirək ki, bacısı Könülün ilk- qız övladı dünyaya gələn gün-noyabrın 7-də Rüstəmin şəhidliyi təsdiqlənib, anası Aynur xanıma xəbər verilib. Ancaq, bu acı xəbər bacısından gizlədilib. Noyabrın 22-də şəhidimizin nəşi Mingəçevirə gətirilərək, Şəhidlər Xiyabanında torpağa tapşırılıb.
Prezident İlham Əliyevin sərəncamına əsasən, Rüstəm Məmmədov ölümündən sonra “Vətən uğrunda”,“Suqovuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.