03 May 2024 09:07

Fərqliliyimiz Uğurumuzdur

DSX-nin hərbçiləri qəzaya düşdü – Ölən və yaralananlar var

Azadsöz.az xəbər verir ki, DSX-nin Mətbuat Mərkəzinin məlumatına  görə, bu gün Cəbrayıl rayonunun Şükürbəyli kəndində xidmətə məxsus “UAZ” markalı avtomobil hərəkətdə olarkən “Shagman” markalı yük avtomobili “UAZ”ın hərəkət zolağına çıxıb və qəza baş verib. Qəza nəticəsində bir neçə hərbçi xəsarət alıb.

DSX-nin hərbi qulluqçusu, baş çavuş Elmir Abbasov xəstəxanada həkimlərin müdaxiləsinə baxmayaraq dünyasını dəyişib.

Digər yaralıların müayinə və müalicəsi davam etdirilir.