Azadsöz.az xəbər verir ki, Göyçay rayonunda ağır yol qəzası baş verib.Hadisə Bakı-Şamaxı-Yevlax yolunun rayonun Bığır kəndindən keçən hissəsində qeydə alınıb.
Özbəkistan vətəndaşı Dastov Raxmat Temuroviçin idarə etdiyi “MAN” markalı yük avtomobili ilə Göyçay qəzetinin baş redaktoru Əliyev Abdulla Hacağa oğlunun “LADA” markalı minik avtomobili toqquşub.
Nəticədə minik avtomobilində olan iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar təcili tibbi yardımın köməyi ilə Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıblar.
Faktla bağlı araşdırma aparılır.