Azadsöz.az xəbər verir ki, torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlmiş Təbriz Xancanovun bu gün ikinci ildönümüdür.Təbriz Məhəmmədəli oğlu Xancanov 1996-cı il iyunun Göyçay rayonunun Qəbələ Müskürlü kəndində anadan olub.2002-2011-ci illərdə Müskürlü kənd orta məktəbində natamam orta təhsilini alıb.Sonrakı iki ilini isə komputer biliklərinə yiyələnib.Həqiqi hərbi xidmətini 2014-2016-cı illərdə Naxçıvan Muxtar Respublikasının N saylı hərbi hissədə keçib.Nişanlı idi.
Təbriz Xancanov 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Cəbrayıl, Ağdam, Ağdərə, Talış və Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.Oktyabrın 16-da səhər saatlarında Ağdərə və Suqovuşan istiqamətində gedən döyüşlər zamanı ayağından yaralansa da sonacan döyüşüb,nəhayət döyüş yoldaşını döyüşdən çıxararkən başından aldığı qəlpə yarasında şəhid olub.Noyabrın 18-də doğulduğu kənddə dəfn olunub.
Prezident İlham Əliyevin sərəncamına əsasən, Təbriz Xancanov ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.