Azadsöz.az xəbər verir ki, gələn həftə Rusiya prezidenti Vladimir Putin Ermənistana səfər edəcək.
Bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bu gün jurnalistlərə bildirib.
Onun sözlərinə görə, Putin İrəvanda keçiriləcək KTMT sammitində iştirak edəcək.
Qeyd edək ki, noyabrın 23-də Ermənistanın paytaxtında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv dövlətlərin liderlərinin görüşünün keçiriləcəyi daha əvvəl açıqlanıb.