Azadsöz.az xəbər verir ki, 2023-cü ildə keçiriləcək imtahanların qrafikini bu il dekabrın 15-dək təqdim etməyi planlaşdırırıq.
Bunu jurnalistlərə müsahibəsində Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.
Sədr hazırda bu istiqamətdə iş getdiyini qeyd edib:
“Müxtəlif tədbirlər, yaxud hava şəraiti də tərəfimizdən nəzərə alınacaq. Hazırda bunun üzərində iş gedir. Dediyimiz kimi, ilin sonuna doğru, dekabrın 15-nə qədər cədvəli Elm və Təhsil Nazirliyi ilə razılaşdırıb ictimaiyyətə təqdim edəcəyik”.