Azadsöz.az xəbər verir ki, dünən gecə saatlarında Göyçay rayonunun Heydər Əliyev prospektində çoxmərtəbəli yaşayış binasının qarşısında dayanan Əliyev Natiq Şükür oğluna məxsus Kia Sorento markalı minik avtomobilinin salon hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidməti məlumat yayıb.