23 Noyabr 2024 15:47

9 Noyabr- “Dövlət Bayrağı Günü” münasibətilə Göyçay Bayraq Muzeyinə baxış keçirilib-FOTO

Azadsöz.az  xəbər  verir  ki, 9 Noyabr- “Dövlət Bayrağı Günü” münasibətilə Göyçay  rayon İcra Hakimiyyətinin başçısı Natiq  Ağayev, RİH başçısı aparatının əməkdaşları, idarə, müəssisə, təşkilatların, rayonunun hüquq-mühafizə orqanlarının rəhbərləri,  YAP Göyçay rayon təşkilatının sədri Sahib Şükürov və  digərləri  Göyçay Bayraq Muzeyində  olublar.

Bayraq Muzeyini ziyarət edən tədbir iştirakçıları muzeydə sərgilənən tariximizin müxtəlif dövrlərinə aid eksponatlar, qədim Azərbaycan dövlətlərinin bayraqları, xəritələr, konstitusiyalar, orden və medallar, poçt markaları və Silahlı Qüvvələrin qoşun növlərinin döyüş bayraqları və mərasim geyimləri ilə tanış olublar.

Qeyd  edək   ki,  Göyçay Bayraq Muzeyi rayonun Heydər Əliyev parkında yerləşir.2017 -2018-ci illərdə muzeyin inşa olunmasına başlanılıb.Tikinti işləri 2019-cu ildə tam olaraq başa çatıb. Həmin ilin 9 noyabrında Dövlət Bayrağı günündə  muzeyin açılışı olub. Açılış  bayraq günündə  olması ilə yanaşı həm də Göyçayda hər il keçirilən nar bayramına da təsadüf edib.Bu səbəbdən də bura gələn yerli qonaqlar həm də xarici ölkələrin turistləri muzey ilə yaxından tanış olublar. 

Xatırladaq ki, Göyçay Bayraq Muzeyinin ümumi sahəsi 500 kvadratmetr təşkil edir. Bina  sərgi zalından, inzibati və yardımçı otaqlardan ibarətdir. Muzeyin sərgi zalında Azərbaycan xanlıqlar dövrünün xəritəsi, orta əsrlərə aid döyüşçüləri əks etdirən manekenlər, orta əsrlərdə xanlıqların istifadə etdiyi bayraqlar, XIX əsr Azərbaycan şəhərlərinin gerbləri, qədim metal sikkələr, kağız pullar, Azərbaycan Xalq Cümhuriyyəti, Azərbaycan SSR və müstəqillik dövrlərində qəbul edilmiş gerblər, bayraqlar, Azərbaycanın konstitusiyaları, Silahlı Qüvvələrimizin müxtəlif qoşun birləşmələrinin geyim formaları, poçt markaları, orden və medallar nümayiş olunur.

 

Ankara escort İstanbul Travesti Shemale İstanbul