Azadsöz.az xəbər verir ki,Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-polkovnik Arzu Rəhimovun müvafiq əmri ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şamaxı rayon şöbəsinin rəisi, polkovnik Pərviz Feyzullayev vəzifəsindən azad edilib.
Arzu Rəhimovun digər əmri ilə Pərviz Feyzullayev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göyçay rayon şöbəsinin rəisi vəzifəsinə təyin edilib.