19 Sentyabr 2024 05:03

Göyçayda ofisiant dönərçini bıçaqladı

Azadsöz.az  xəbər  verir  ki, Göyçay rayonunda kafelərin birində bıçaqlanma  hadisəsi  qeydə  alınıb.Rayon sakini Ələkbər Süleymanov aralarında yaranan mübahisə zamanı iş yoldaşı, kafedə dönərçi kimi çalışan Ramiz Musayevə bıçaqla xəsarət yetirib.Yaralı xəstəxanaya yerləşdirilib və müalicəsi davam etdirilir.

DİN – in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov bildirib ki, hadisəni törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb və zərərçəkmişin xəsarətlərinin dərəcəsinin müəyyən olunması məqsədilə məhkəmə – tibbi ekspertizası təyin edilib.

Faktla bağlı cinayət  işi  açılıb, araşdırma aparılır.

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com