25 Noyabr 2024 16:47

Şəhid “Qubadlı fatehi” polkovnik-leytenant Vidadi Xəlilovun ikinci ildönümü qeyd edildi-FOTO

Azadsöz.az  xəbər  verir  ki, 29 oktyabr  2022-ci il tarixində Ağdaş Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Göyçay rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlmiş Qubadlı fatehi polkovnik-leytenant Vidadi Xəlilovun  ikinci  ildönümü  qeyd  edildi.

Tədbirdə Göyçay rayon mədəniyyət işçiləri Həmkərlar İttifaqının sədri Nəriman Məlikov,  şair,  yazıçı, Azərbaycan Yazıçılar Birliyinin üzvü  Qalib Nuri Arif, kitabxananın əməkdaşları, şəhid  ailələri,  ictimaiyyət nümayəndələri və  şəhidin  ailə  üzvləri  iştirak  ediblər.

Tədbir  Azərbaycan Respublikasının  Dövlət Himninin səsləndirilməsi və  şəhidlərin əziz xatirəsinin  bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Şəhidimizin  həyat yoluna dair videoçarx nümayiş olunub.  

Mərasimi  giriş   sözü  ilə  açan  şəhid  Vidadi Xəlilovun anası  Əminə Xəlilova övlad itkisinin nə qədər ağır olduğunu bildirsə də, övladının belə şərəfli yolda, Vətən uğrunda qəhrəmancasına şəhid olmasından fəxr duyduğunu diqqətə çatdırıb.Bildirib ki,  bu gün qəhrəmanlarımızın ruhları şaddır, çünki onların canlarını qurban verdikləri Vətən torpaqlarının üzərində üçrəngli şanlı bayrağımız dalğalanır. Eləcə də, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin  apardığı uğurlu siyasət nəticəsində ölkəmizin ərazi bütövlüyünün tam bərpa olunması təmin edilib.

Daha  sonra  Nəriman Məlikov, Qalib Nuri Arif,  Şəhid  Orxan  Kərimlinin atası  Akif  Kərimli, Şəhid  Xəyyam Hüseynovun atası Hüseyn Hüseynov, Şəhid  Elnur Əliyevin  anası   Tahirə Əliyeva çıxış  edərək 44 günlük Vətən müharibəsi Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi sayəsində tarixi Qələbə ilə başa çatdığını, bu Qələbənin Vidadi Xəlilov kimi zabitlərimizin, əsgərlərimizin qanı bahasına qazanıldığını vurğulayıblar. Vətənimizin bütövlüyü uğrunda mübarizədə canlarından keçən şəhidlərin əziz xatirəsini daim uca tutmağı, vətən uğrunda mübarizənin vacibliyi, tarix yazan qəhrəman şəhidlərin and yerimizə və ziyarət məkanımıza çevriləcəklərini bildiriblər.

Sonra  şəhidimizin həyat yoldaşı, Göyçay rayon Mərkəzi Kitabxananın  direktoru   Nərmin Xəlilova  çıxış edərək   şəhidlərimizə Allahdan rəhmət diləyib.Şəhidimizin qorxmazlığından, mənalı həyat yolundan xatirələrini bölüşüb. Qəhrəman oğulların anaları, həyat yoldaşları kimi hər zaman başlarını dik tutduqlarını, qürur duyduqlarını bildirib.

Sonda  şəhdimizin adına  çay süfrəsi verilib.

Xatırladaq ki, Xəlilov Vidadi Vaqif oğlu 1982-ci il iyulun 16-da Göyçay rayonunda ziyalı ailəsində anadan olub.1989-cu ildə Göyçay rayonu akademik Ziya Bünyadov adına 3 saylı tam orta məktəbə gedib.1999-cu ildə həmin məktəbi bitirib.

Vidadi Xəlilov 1999-cu ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəb daxil olub. 2003-cü ildə “motoatıcı” ixtisası üzrə bitirərək leytenant rütbəsi alıb. 2003-cü ildən 2004-cü ilədək Müdafiə Nazirliyinin təlim və tədris mərkəzində ixtisas kursu keçib.2004-cü ildə Müdafiə nazirinin əmrinə əsasən xidməti davam etdirmək üçün Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin N saylı hərbi hissəsinə göndərilib.

2004-2007-ci ilə kimi Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin müxtəlif hərbi hissələrində motoatıcı tağım komandiri. 09. 02.2007-ci il tarixindən 26.11.2009-cu il tarixinədək N saylı hərbi hissədə motoatıcı bölük komandiri, 26.11.2009-cu il tarixindən 29.06.2011-ci il tarixinədək N saylı hərbi hissənin motoatıcı taborun qərargah rəisinin maddi texniki təminat üzrə köməkçisi vəzifəsində xidmət edib.

14.11.2014-cü il tarixində Müdafiə nazirinin əmrinə əsasən N saylı hərbi hissədə motoatıcı taborun qərargah rəisi vəzifəsinə təyin olunub. 15.02.2016-cı ildə 130 n-li hissədə əməliyyat bölməsi rəisinin müavini, 05.09.2017-ci il tarixindən N saylı hərbi hissənin əməliyyat bölmə rəisinin baş köməkçisi, 04.08.2019-cu ildən isə N saylı hərbi hissəyə döyüş hazırlığı bölmə rəisi vəzifəsinə təyin edilib.

Polkovnik-leytenantı Vidadi Xəlilov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində bir daha özünü sübut edərək Füzuli, Murov, Cəbrayılın,Qubadlının və Laçının azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərib. 31 oktyabr 2020-ci ildə Laçın istiqamətində şəhid olub.

Göyçayda Şəhidlər Xiyabanında dəfn olunub.

Prezident İlham Əliyevin Sərəncamı ilə Vidadi Xəlilov ölümündən sonra“Vətən uğrunda”, “Hərbi xidmətlərə görə”, “Azərbaycan Bayrağı” ordeni, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, medalları ilə təltif olunub.

Ankara escort İstanbul Travesti Shemale İstanbul