Azadsöz.az xəbər verir ki, bu gün 44 günlük Vətən Müharibəsində şəhid olan İntizam Qaçayevin anım günüdür. İntizam Əkbər oğlu Qaçayev 2001-ci il dekabrın 14-də Göyçay rayonunun 2-ci Ərəbcəbirli kəndində anadan olub.2008-ci ildə Ceyhun İbrahimov adına 2-ci Ərəbcəbirli kənd ümumi orta məktəbinin birinci sinifinə getmişdir. 2017-ci ildə həmin məktəbin doqquzuncu sinfini bitirmişdir. 2020-ci il yanvarın 8-də həqiqi hərbi xidmətə yollanıb.
Həqiqi hərbi xidmətini Ağcabədi şəhər N saylı hərbi hissəsində keçmişdir. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlayan Vətən müharibəsində Füzuli, Cəbrayıl və Qubadlı döyüşlərində iştirak edib. Manqa komandiri olub.Oktyabrın 23-də Qubadlı rayonunun azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub.Göyçay rayonunun 2-ci Ərəbcəbirli kəndində dəfn olunub.
Xatırladaq ki, Prezident İlham Əliyevin Sərəncamına əsasən İntizam Qaçayev ölümündən sonra “Füzulinin azad olunmasına görə”,”Cəbrayılın azad olunmasına görə” “Vətən uğrunda” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.