Azadsöz.az xəbər verir ki, Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində respublikamızın hər yerində olduğu kimi, Göyçay rayonunda da abadlıq işləri uğurla icra olunur.
Həyata keçirilən abadlıq işləri çərçivəsində yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi məqsədi ilə Göyçay şəhərinin küçə və dalanlarına yeni asfalt örtüyünün çəkilməsi işlərinə başlanılmışdır.
Məlumat üçün onu da qeyd edək ki, bu günə kimi şəhərin Xətai, Nizami, Rəsul Rza, Şəhriyar küçələrinin dalanlarına yeni asfalt örtüyü vurulub.
Hazırda bu işlər Nizami və Şəhriyar küçələrində aparılır. Ümumiyyətlə, bu müddətdə küçə və dalanlara 4 min kvadratmetr asfalt vurulub. İlin sonuna kimi daha 46 min 556 kvadratmetrə asfalt salınacaq. Rayon mərkəzində küçə və dalanlara asfalt döşənməsinin ilin sonunadək başa çatdırılması nəzərdə tutulub.
Şəhərin digər küçələrində də abadlıq və təmir işlərinin mərhələli şəkildə aparılması nəzərdə tutulmuşdur.
Aparılan abadlıq işlərini razılıq hissi ilə qarşılayan sakinlər bütün bu işlərə görə rayon rəhbırliyinə və ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.