Azadsöz.az xəbər verir ki, bu gün 44 günlük Vətən Müharibəsində qanı ilə tarix yazaraq şəhidlik zirvəsinə ucalan İlham Hüseynovun ildönümüdür. İlham Umud oğlu Hüseynov 2000-ci il sentyabr 8-də Göyçayın Qarayazı kəndində anadan olub.Orta məktəbi bitirdikdən sonra 2018-ci ildə həqiqi hərbi xidmətə yollanıb. Nümunəvi xidmətlərinə görə dəfələrlə fəxri fərmanla təltif edilib.
2020-ci ilin aprelində ehtiyata buraxılan İlham Hüseynov həmin ilin sentyabrın 21-də təlimlərə qatılıb. Sentyabrın 27-də başlayan Vətən Müharibəsinin ilk günlərdən döyüşlərdə iştirak edən şəhdimizin döyüş yolu Goranboyun Tapqaraqoyunlu kəndindən başlayıb, Talış-Suqovuşan istiqamətinə kimi davam edib. Oktyabrın 19-da şəhid olub. Göyçay rayonunun Qarayazı kəndində dəfn olunub.
Prezident İlham Əliyevin sərəncamına əsasən İlham Hüseynov ölümündən sonra “Vətən uğrunda”, “Laçının azad olunmasına görə” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.