Azadsöz.az xəbər verir ki, Azərbaycan və Əlcəzair qarşılıqlı olaraq diplomatik və xidməti pasportlara malik şəxsləri viza tələbindən azad edir.
Bu barədə “Azərbaycan Respublikası Hökuməti ilə Əlcəzair Xalq Demokratik Respublikası Hökuməti arasında diplomatik və xidməti pasportlara malik şəxslərin qarşılıqlı viza tələbindən azad edilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə” qanun layihəsində qeyd olunub.
Layihə Milli Məclisin Beynəlxalq münasibətlər və və parlamentlərarası əlaqələr komitəsinin bu gün keçirilən iclasında müzakirə edilərək plenar iclasa tövsiyə olunub.