03 May 2024 09:08

Fərqliliyimiz Uğurumuzdur

30 yaşlı aktrisa intihar etdi-FOTO

Azadsöz.az xəbər verir ki, Hindistanlı aktrisa Vayşali Takkar 30 yaşında intihar edib.

Aktrisanın cəsədi səhər saatlarında evində atası tərəfindən aşkar edilib. Onun yatağının üstündə keçmiş sevgilisi tərəfindən təcavüzə məruz qaldığına dair etiraf məktubu da olub.

Bildirilib ki, Takkarın nişanlısı keniyalı diş cərrahı Abhinandan Sinqhdir. 2022-ci ilin iyunda evlənməsi gözlənilən ikilinin ötən ilin aprelində nişanı baş tutsa da, bir ay sonra ayrılmışdılar.

Qeyd edək ki, Takkar 2016-cı ildə “Bu sevgidir” adlı ekran işində canlandırdığı “Vrinda” obrazı ilə tanınıb.