08 Sentyabr 2024 04:28

Ərdoğan Azərbaycana gələcək

Azadsöz.az xəbər verir ki, üç gün sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təyyarəsi ikinci dəfə azad Qarabağa eniş edəcək.

Bunu bu gün Azərbaycanda akkreditə olunan diplomatik korpus, xarici və yerli media nümayəndələrinin Gəncəyə səfəri zamanı jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı deyib.