08 Sentyabr 2024 03:46

İlham Əliyev Qırğızıstana dövlət səfərinə gəlib-FOTO

Azadsöz.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 11-də Qırğız Respublikasına dövlət səfərinə gedib.

Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Bişkek şəhərinin “Manas” Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Hava limanında dövlət başçısını Qırğızıstan Prezidenti Sadır Japarov qarşılayıb.