02 May 2024 09:43

Fərqliliyimiz Uğurumuzdur

Şəhid Orxan Kərimlinin ildönümüdür -FOTO/VİDEO

Azadsöz.az  xəbər  verir  ki, bu gün Vətən müharibəsində qəhrəmancasına şəhid olan Orxan Kərimlinin ildönümüdür.Orxan Akif oğlu Kərimli 2001-ci il oktyabrın 6-da Göyçay şəhərində  anadan  olub.2007-ci ildə Göyçay rayonu, Nizami  Gəncəvi adına  7 saylı  orta məktəbin 1-ci sinfinə gedib.2018-ci ildə  orta  məktəbi  bitirib.Həmin ildə Naxçıvan Dövlət Universitetinin “Hüquqşünaslıq”  ixtisasına qiyabi daxil  olub.2019-cu il  oktyabrın  9-da hərbi  xidmətə  yollanıb.

Orxan Kərimli  2020-ci il sentyabrın 27-də  başlayan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak  edib. Oktyabrın 9-da Murovdağ  döyüşləri zamanı şəhid olub. Göyçayda Şəhidlər Xiyabanında dəfn olunub.

Prezident İlham Əliyevin Sərəncamına əsasən, Orxan Kərimli ölümündən sonra  “Vətən uğrunda”, “Cəsur döyüşçü”, Qubadlının azad olunmasına görə”, Kəlbəcərin azad olunmasına görə” medalları  ilə təltif edilib.

Kərimli Orxan: Kəlbəcər rayonu istiqamətində gedən döyüşlərdə şəhid olub