Azadsöz.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşları qəbul edir, onların müraciətlərini dinləyir, qaldırdıqları məsələlərin müsbət həll olunması üçün tədbirlər görürlər.
Qəbul cədvəlinə müvafiq olaraq, gənclər və idman naziri Fərid Qayıbov oktyabrın 4-də Göyçay şəhərində Heydər Əliyev Mərkəzində Göyçay və Ağdaş rayonlarından olan vətəndaşları qəbul edib.
Qəbuldan öncə nazir və rayon icra hakimiyyətinin başçısı səlahiyyətlərini müvəqqəti icra edən İkram Vəliyev Göyçay şəhərində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyub, xatirəsini ehtiramla yad ediblər.
Bildirilir ki, Göyçay Heydər Əliyev Mərkəzində keçirilən qəbula gələn vətəndaşların müraciətlərini diqqətlə dinləyən nazir Fərid Qayıbov onların müraciətlərinin həlli üçün müvafiq tapşırıqlar verib.Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb.