Azadsöz.az xəbər verir ki, “Gələcək üçün yenilən” şüarı ilə 16 noyabr 2022-ci il tarixində “Baku Marriott Hotel Boulevard”da 500 nəfərin iştirakı ilə baş tutacaq III Maliyyə və İnvestisiya Forumunda (FIF2022) iştirak üçün qeydiyyat başlayıb.
“Facemark” MMC və “Admedia” reklam agentliyinin təşkilatçılığı ilə III dəfə keçiriləcək forumun əsas məqsədi Azərbaycanın maliyyə və investisiya bazarının mövcud vəziyyətinin təhlili, bu sahədə olan çatışmazlıqlar, onların aradan qaldırılması istiqamətləri, habelə maliyyə və vergi maarifləndirməsi sahəsində dövlətin həyata keçirdiyi genişmiqyaslı tədbirlərə dəstək olmaqdan ibarətdir.
Maliyyə və İnvestisiya Forumuna bilet əldə etmək və tədbir ilə bağlı daha ətraflı məlumat əldə etmək üçün forumun rəsmi internet səhifəsinə (www.fifbaku.az) keçid edə və sosial media hesablarını izləyə bilərsiniz.
“Facebook”: https://www.facebook.com/fifbaku.az
“Instagram”: https://www.instagram.com/fifbaku.az/
“Linkedln”: https://www.linkedin.com/company/fifbaku-az/
İlin ən böyük maliyyə tədbirinə hər kəs dəvətlidir!