19 Sentyabr 2024 05:17

Şəhid Elvin Məmmədovun ildönümü qeyd olundu-FOTOLAR

Azadsöz.az xəbər verir ki,  44 günlük Vətən müharibəsində respublikamızın ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olan Elvin Mübariz oğlu Məmmədovun ikinci ildönümü  Göyçayın Ləkçıplaq kənd qəbirstanlığında şəhidin məzarı önündə qeyd olundu.

Tədbirdə  rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini müvəqqəti icra edən İkram Vəliyev, RİH başçısı aparatının əməkdaşları, Milli Məclisin deputatı Sabir Hacıyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi Famil Əliyev, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri,  Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin Göyçay rayon şöbəsinin rəhbəri Eldəniz  Rüstəmov, din xadimləri, ağsaqqallar, şəhid  ailələri, kənd  sakinləri  və şəhidin ailə üzvləri iştirak ediblər.

Əvvəlcə şəhidin əziz xatirəsi ehtiramla yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.

Rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini müvəqqəti icra edən İkram Vəliyev  çıxış edərək  Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan  İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan Ordusunun döyüş meydanında qazandığı tarixi Qələbədən, böyük Zəfərdən danışıb.Bildirib ki, 2020-ci ilin 27 sentyabrından başlayan və 44 gün davam edən Vətən müharibəsində torpaqlarımızı 30 ilə yaxın işğal altında saxlayan düşmən döyüş meydanında Azərbaycan Ordusunun gücünü, qüdrətini gördü. Hərbçilərimiz, əsgərlərimiz göstərdikləri şücaətlə, qəhrəmanlıqla bütün dünyaya sübut etdilər ki, Azərbaycanın güclü ordusu var. Ən əsası da həmin ordu öz torpağımızda vuruşaraq, öz torpağımızı qorudu və işğalçıları öz torpaqlarımızdan qovdu.Əldə  etdiyimiz  Qələbənin heç  də  asan olmadığını, Elvin və onun kimi şəhidlərimizin qanı bahasına qazanıldığı vurğulayıb.

Daha  sonra  Milli Məclisin deputatı Sabir Hacıyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi Famil Əliyev, Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin Göyçay rayon şöbəsinin rəhbəri Eldəniz  Rüstəmov, Göyçay Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin Poliklinika şöbəsinin müdiri Arzu Burcalıyev  çıxış  edərək  şəhid Elvin Məmmədovun keçdiyi döyüş yolundan, qəhrəmanlığından  danışıblar.Vətənimizin bütövlüyü uğrunda gedən mübarizədə canlarından keçmiş şəhidlərin əziz xatirəsini daim uca tutmağı, tarix yazan qəhrəman şəhidlərin and yerimizə, ziyarət məkanımıza çevriləcəklərini bildiriblər.

Sonda məktəblilər vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.

Tədbir çərçivəsində mərasim iştirakçıları Ləkçıplaq kənd qəbirstanlığında uyuyan Birinci Qarabağ şəhidlərinin məzarlarını ziyarət edərək üzərilərinə gül dəstələri düzüb və ruhlarına dualar oxuyublar.

Qeyd  edək  ki, rayonun Ləkçıplaq kəndində şəhidin adına  küçən  verilib.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlığını bildirib.

Şəhidimizin  adına ehsan süfrəsi verilib.

Xatırladaq ki,  Məmmədov Elvin Mübariz oğlu 1996-cı il fevralın 26-da Göyçay rayonunun Ləkçıplaq kəndində  anadan olub. 21 sentyabr 2020-ci il tarixdə hərbi təlimlərə cəlb edilmiş, 01 oktyabr 2020-ci il tarixdə Talış-Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhramancasına şəhid olmuşdur. Ləkçıplaq kənd qəbirstanlığında  torpağa  tapşırılıb.

Prezident İlham Əliyevin sərəncamına əsasən ölümündən sonra “İgidliyə görə” , “Laçının azad olunması” , “Suqovuşanın azad olunması” ,  “Vətən uğrunda” medalları ilə təltif edilib.

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com