Azadsöz.az xəbər verir ki, İntiqam Bəxtiyar oğlu Şirəliyev 1997-ci il noyabrın 3-də Göyçay rayonunun Potu kəndində anadan olub.Orta təhsilini Göyçay rayon Mübariz Məmmədov adına Potu kənd tam orta məktəbdə alıb.2016-cı ildə Həqiqi hərbi xidmətə çağrılıb. Xidmətini Azərbaycan Hərbi Dəniz Qüvvələrində nümunəvi əsgər kimi başa vuraraq, 2017-ci ildə hərbidən təxris olunub.2019-cu ilin dekabr ayında öz istəyilə yenidən hərbiyə qayıdaraq iki ay təlim keçdikdən sonra MAXE kimi hərbidə işləməyə başlayıb.
O, top komandiri kimi 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak edib. İntiqam Şirəliyev sentyabrın-29-da Kəlbəcər rayonu istiqamətində gedən döyüşləri zamanı şəhid olub. Göyçay rayonunun Potu kəndində dəfn olunub.
Prezident İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən İntiqam Şirəliyev ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.