19 May 2024 03:32

Şəhid Zamiq Əhmədovun ildönümüdür-FOTO/VİDEO

Azadsöz.az xəbər verir ki, Zamiq Çingiz oğlu Əhmədov 1987-ci il noyabrın 16-da Göyçay rayonunun Ləkçıplaq kəndində anadan olub.2006-2007-ci illərdə artilleriya bölməsində həqiqi hərbi  xidmət keçib.

 2020-ci il sentyabrın 27-də  Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Ağdam istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərməsi nəticəsində əks hücuma keçən Azərbaycan ordusu işğal altında olan torpaqlarımızın azad olması uğrunda əməliyyat keçirib.

Sentyabrın 27-də Ağdam istiqamətində gedən  döyüşlərdə şəhid olub. Göyçay rayonunun Ləkçıplaq kəndində dəfn olunub.

Prezident İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, Zamiq Əhmədov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

 

 

Göyçay şəhid verdi – AzTimes